Ukrayna Rusiya ilə müharibə strategiyasını dəyişməyi nəzərdən keçirir
Ukrayna Rusiya ilə müharibə strategiyasını dəyişməyi nəzərdən keçirir.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News”a müsahibəsində deyib.
“Hərbçilərimiz daha sürətli irəliləmək və Rusiyaya gözlənilməz hücumlar etmək üçün müxtəlif planlar, fərqli əməliyyatlar üzərində işləyirlər”, – o bildirib.
Eyni zamanda, Zelenski ABŞ ordusunun, digər müttəfiqlərinin və hətta Ukrayna Silahlı Qüvvələrinin baş komandanının 20 aylıq şiddətli döyüşlərdən sonra müharibənin dalana dirənməsi ilə bağlı son bəyanatlarını təkzib edib.
“Onlar bizi məğlub edəcəklərini düşünürdülər, lakin bu baş vermədi. Bunun dalan olduğunu sanmıram”, – dövlət başçısı vurğulayıb (report).