Mahaçqala hava limanında iğtişaşlara görə saxlanılanların SAYI

 23:44 05.11.2023     332

Mahaçqala hava limanında iğtişaşlara görə polis əməkdaşları tərəfindən 201 nəfər saxlanılıb, onlara qarşı 155 protokol tərtib edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin rəisi Sergey Baçurin bildirib.

“Polis əməkdaşları Mahaçqala hava limanında qanunsuz hərəkətlərdə iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirir. Polis ictimai asayişi pozduqlarına görə 201 vətəndaşı saxlayıb, onlardan 155-i barəsində protokol tərtib edilib”- Baçurin bildirib.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları qaydanı pozanların hərəkətdə olduğu 204 avtomobili müəyyən ediblər.

Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında nümayişçilər Mahaçqala hava limanına soxulub. Onlar ölkəyə gələn yəhudilərin çıxarılmasını tələb ediblər (apa).