Quru əməliyyatı başlayandan bəri İsrail Qəzzada bu qədər itki verib
Quru əməliyyatı başlayandan Qəzza zolağında radikal HƏMAS hərəkatına qarşı döyüşlər zamanı həlak olan İsrail əsgərlərinin sayı 30-a çatıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.
Qəzet qeyd edir ki, hərbçilərin məlumatına görə, 401-ci Zirehli Batalyonunun 22 yaşlı çavuşu noyabrın 5-də Qəzzada gedən döyüşlər zamanı həlak olub və bununla da quru əməliyyatının başlanmasından bəri həlak olan İsrail əsgərlərinin ümumi sayı 30-a çatıb. O da bildirilir ki, son 24 saat ərzində Qəzzada gedən döyüşlər zamanı İsrail ordusunun paraşütçü briqadasının 202-ci batalyonunun əsgəri ağır yaralanıb.
Humay İSGƏNDƏRLİ