Yaponların Baş nazirə etimadı AZALIR
Yaponiyada aparılan araşdırmalar göstərib ki, baş nazir Fumio Kişida və onun kabinetinə ictimai dəstək 28,3 faizə qədər azalıb.
Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, Yaponiyanın rəsmi Kyodo xəbər agentliyi son 3 gündə 1000-dən çox insanla bu sorğunu həyata keçirib.
Kişida və onun kabinetinə ictimai dəstək 28,3 faizə qədər azalıb. Beləliklə, 2021-ci ilin oktyabrında keçirilən seçkilərdə hakim Liberal Demokrat Partiyası (LDP) ilə qalib gələn Kişidaya ictimai dəstək ən aşağı səviyyəyə düşüb.
Sözügedən sorğuda Kişidanı və kabinetini bəyənməyənlərin nisbəti yüzdə 56,7 faiz olaraq qeyd edilir.
Humay İSGƏNDƏRLİ