Qəzzada ölən BMT əməkdaşlarının sayı ARTDI
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) İsrail-Fələstin münaqişəsinin kəskinləşməsindən sonra həlak olan əməkdaşlarının sayı 88-ə yüksəlib.
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə həm BMT strukturunda, həm də müstəqil fəaliyyət göstərən əsas humanitar qurumları birləşdirən Qurumlararası Daimi Komitənin rəhbərlərinin birgə bəyanatında deyilir.
Məlumata görə, bu, BMT-nin indiyədək bir münaqişədə verdiyi ən böyük itkidir.
Həmidə İBRAHİMLİ