Qəzza zolağının yaxınlığında hava hücumu sirenləri səslənib

 09:56 06.11.2023     254

İsrailin Qəzza zolağına bitişik ərazilərində təxminən 10 saat davam edən sakitlikdən sonra raket hücumu təhlükəsi barədə xəbərdarlıq edən hava hücumu sirenləri səslənib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İsrail Və HƏMAS arasında oktyabrın 7-dən etibarən qarşıdurma yaşanır.

Humay İSGƏNDƏRLİ