İrlandiya ukraynalı qaçqınlara sosial müavinətlərin verilməsində DƏYİŞİKLİK EDİR
"Ukraynalı qaçqınlar üçün mənzil haqları tətbiq olunacaq və sosial müavinətlər azalacaq".
Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu İrlandiyanın baş naziri Leo Varadkar deyib.
“Hökumət bu ilin sonuna qədər ukraynalı qaçqınların yaşayış üçün pul ödəməsini və sosial müavinətlərini dəyişməsini tələb etmək üçün tədbirlər görməyə ümid edir”, - deyə o bildirib.
Varadkar qeyd edib ki, qanun layihəsinin təfərrüatları hələ razılaşdırılmayıb, lakin hər iki tədbir eyni vaxtda tətbiq olunacaq.
Baş nazir qeyd edib ki, sosial müavinətlərə edilən dəyişikliklər daha çox qaçqını işlə təmin edə bilər.
Həmidə İBRAHİMLİ