Hakan Fidanla Antoni Blinkenin danışıqları 3 saat çəkib - YENİLƏNİB

 14:34 06.11.2023     495

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken arasında görüş başa çatıb.

Redaktor.az “CNN Türk”ə istinadən xəbər verir ki, danışıqlar 3 saat çəkib.

Tərəflər qarşılıqlı maraq doğuran mələləri müzakirə ediblər.

Onların birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

12:09

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkeni qəbul edib.

Redaktor.az "Haberturk"ə istinadən xəbər verir ki, Fidan ilə Blinken arasındakı görüşdə Qəzzadakı vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirəsi gözlənilir.

Qeyd edək ki, Entoni Blinken Türkiyəyə gecə gedib.