Çin bizimlə uşaq kimi danışır, çünki... - Tramp

 12:40 06.11.2023     270

Mən Baydendən daha ağıllı olan altı yaşlı uşaqlarla tanış oldum.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib. 

Bundan əlavə, Tramp Baydenin siyasətçi kimi ən pis keyfiyyətlərinin korrupsiya və səriştəsizlik olduğunu bildirib. Onun sözlərinə görə, Amerika lideri "rüşvət aldığı" üçün kompromis edib.

Siyasətçi beynəlxalq gündəmə də toxunub və qeyd edib ki, indi Çin və Rusiya hakimiyyəti “ABŞ-ın başına gələnlərə inana bilmir”.

“Ölkəmizə, prezidentimizə hörmət edirdilər, ona görə də biz təhlükəsiz idik. Çin bizimlə uşaq kimi danışır və liderlərimizə baxsanız, bunda həqiqət var”, - Tramp bildirib.

NƏRGİZ