"Dünya Qəzzada qurbanların sayının artmasından şokdadır" - BMT ÜST-lə birgə BƏYANAT YAYDI
Birləşmiş Millətlər Təşkilatı, eləcə də Ümumdünya Səhiyyə Təşkilatı ən böyük humanitar agentliklərinin rəhbərləri ilə birgə bəyanat yayaraq tərəfləri Qəzza zolağında humanitar məqsədlər üçün dərhal atəşkəsə çağırıblar.
Redaktor.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"Təxminən bir aya yaxındır ki, dünya İsraildə və işğal olunmuş Fələstin ərazilərində baş verən vəziyyəti izləyir, qurbanların sayının artmasından şokdadır və dəhşətə gəlir", - bəyanatda deyilir.
BMT xatırladır ki, HƏMAS-ın hücumu nəticəsində 1400-dən çox israilli həlak olub, minlərlə insan yaralanıb, 200-dən çox insan girov götürülüb. Fələstin hakimiyyətinin məlumatına görə, Qəzza zolağında 9500-ə yaxın insan həlak olub.
“Raketlər ailələrə zərər verməyə davam edir. On minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Dəhşətlidir. Amma ən dəhşətlisi Qəzzada çoxlu sayda dinc sakinin öldürülməsi və 2,2 milyon fələstinlinin qida, su, dərman, elektrik və yanacaqdan məhrum olmasıdır”, - deyə bəyanatda bildirilir.
Bəyanatı BMT baş katibinin müavini Martin Qriffiths, BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Volker Türk, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) direktoru Emi Pope, UNICEF-in icraçı direktoru Ketrin Rassel, ÜST-nin direktoru Tedros Adhanom Qebreyesus və başqaları imzalayıblar.
NƏRGİZ