İsrail mülki əhaliyə dəyən ziyanı minimuma endirir - Netanyahu

 16:38 06.11.2023     310

İsrailin baş naziri Binyamin Netanyahu bolqarıstanlı həmkarı Nikolay Denkovu əmin edib ki, İDF Qəzza zolağında HƏMAS hərəkatına qarşı əməliyyat zamanı mülki əhaliyə dəyən zərəri minimuma endirəcək.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

"Biz təkcə özünümüdafiə hüququmuz əsasında deyil, həm də mülki əhaliyə dəyən zərəri minimuma endirəcək şəkildə hərəkət edəcəyik. İsrail mülki insanları təhlükəli zonadan çıxarmaq üçün əlindən gələni edir. Qəzza zolağının şimalında HƏMAS onları təhlükəli zonada saxlamaq üçün hər şeyi edir”, - Netanyahu bildirib.

NƏRGİZ