Köçəryanın deputat elan edilən oğlu həbsdən buraxılmır - Vəkil

 18:01 06.11.2023     414

Artıq 2 saatdır ki, Levon Köçəryan qanunsuz həbsdədir. 

Redaktor.az "Hraparak"a istinadən xəbər verir ki, bu barədə vəkil Aleksandr Qoçubayev məlumat verib.

“Hüquq qrupu hələ də həbsxanadadır. Qərara əsasən, Levon Köçəryan azadlığa buraxılsa da, Ermənistanın deputatı Levon Köçəryan artıq 2 saatdır ki, qanunsuz həbsdə saxlanılır”, - deyə o, bildirib.

Qeyd edək ki, Levon Köçəryan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğludur. O, bu ilin sentyabrın 25-də həbs edilib. Levon Ermənistan Mərkəzi Seçki Komissiyasının bu gün çağırdığı növbədənkənar sessiyasında deputat mandatı alıb.

NƏRGİZ