İsrail artilleriyası Livan ordusunun bazasını atəşə tutdu

 20:41 06.11.2023     399

İsrail əsgərləri Livan ordusunun Ras-ən-Nəqura sərhəd bölgəsindəki bazasını silahlardan atəşə tutub.

Redaktor.az xəbər verir ki, "Al Jadeed" telekanalının verdiyi məlumata görə, komanda məntəqəsi yaxınlığında 7 mərmi partlayıb, hərbçilərdən xəsarət alan olmayıb. Daha sonra məftil hasarların yaxınlığında pulemyotlardan istifadə etməklə tərəflər arasında atışma olub.

“Al Jadeed” xəbər verir ki, İsrail ordusunun artilleriyası hazırda Blida, Mays əl-Cəbəl, Mheibib yaşayış məntəqələrinə, həmçinin Balat və Mirvaheyn yüksəkliklərinə zərbələr endirir. Hadisə şahidlərinin sözlərinə görə, atəşin hədəfi olan ərazilərdə atəşlər düşmənin mərmi atışlarında fosforlu sursatlardan istifadə etməsi səbəbindən başlayıb.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən