İran Prezidenti Səudiyyə Ərəbistanına səfər edəcək

 21:21 06.11.2023     255

İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanına səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İranın “Etemad” qəzeti məlumat yayıb.

Səfərdə məqsəd İslam Əməkdaşlıq Təşkilatının (İƏT) noyabrın 12-də Ər-Riyadda keçiriləcək fövqəladə sammitində iştirak etməkdir.