"ABŞ İsrail və Misirlə Qəzzaya yanacaq tədarükü ilə bağlı müzakirələri davam etdirir"
Birləşmiş Ştatlar İsrail və Misirlə Qəzza zolağına yanacaq tədarükü məsələlərini müzakirə etməkdə davam edir, lakin hələlik konkret razılaşma yoxdur.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.
“Qəzza zolağına yanacaq tədarükü bizim diqqətimizi davam etdirdiyimiz bir məsələdir” - o, bildirib.
Qeyd edək ki, bundan əvvəl BMT dəfələrlə xəbərdarlıq etmişdi ki, Fələstin anklavındakı tibb müəssisələri öz gücü ilə işləyir və yanacaq təchizatı olmadan yaxın gələcəkdə Qəzza zolağının əhalisinə yardımı dayandırmaq məcburiyyətində qala bilər.
Turan İSMAYIL