İordan çayının qərb sahilində TOQQUŞMA - Ölən və yaralılar var

 09:50 07.11.2023     279

İordan çayının qərb sahilində İsrail Müdafiə Qüvvələri ilə toqquşmada ən azı bir fələstinli ölüb.

Redaktor.az bu barədə "TASS"a istinadla xəbər verir. 

Məlumata görə, Hebron əyalətinin şimal rayonlarında toqquşmalar baş verib.

Nəticədə bir gənc ölüb, ən azı iki nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Toqquşma İsrail Müdafiə Qüvvələrinin Sair kəndinə daxil olması zamanı baş verib.

Həmidə İBRAHİMLİ