"Qəzzanın tam boşaldılması planı yoxdur" - Blinken

 09:56 07.11.2023     243

ABŞ dövlət katibi Antoni Blinken Ankarada danışıqlar zamanı bildirib ki, Qəzza zolağından sakinlərin tam təxliyyəsi planları yoxdur və hərbi əməliyyatlarda bir növ fasilə müzakirə oluna bilər.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Blinkenlə danışıqlar zamanı Ankaranın İsraillə Qəzza arasında tezliklə atəşkəs əldə olunmasını gözlədiyini bildirərək, ABŞ-ın tutduğu mövqeyə görə, atəşkəs rejiminin pozulduğuna diqqət çəkib.

Nəşr yazır ki, Birləşmiş Ştatlar indiyədək “atəşkəs” sözünü tələffüz etməkdən və “pauza” ifadəsini işlətməkdən çəkinir. Girovları azad etmək və Qəzzanı tərk etmək üçün fasilə və ya münaqişənin dayandırılması tələb olunacaq.

Humay İSGƏNDƏRLİ