Almaniya Litvaya daimi tank batalyonları yerləşdirir
Almaniyanın Müdafiə Nazirliyi döyüş tank briqadasının daimi olaraq Litvada yerləşdirilməsinə qərar verib.
Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
Qeyd olunur ki, Avqustdorfdan olan 203-cü Tank Batalyonu və Obervichtachdan olan 122-ci Panzerqrenadier Batalyonu yeni briqadanın özəyi kimi Baltikyanı ölkədə yerləşdirililəcək.
Pistoriusun sözlərinə görə, Panzerbrigade 42 adlanan hərbi birləşmə təxminən 4,8 min əsgərdən ibarət olacaq və Almaniyadan olan 200 mülki işçi ilə tamamlanacaq.
Yeni briqadanın 2025-ci ilin əvvəlində rəsmi fəaliyyətə başlaması gözlənilir.
Həmidə İBRAHİMLİ