"ABŞ İsrailə bunu etməyə imkan verməyəcək" - İsrailin keçmiş baş naziri
"İsrail Qəzzada Fələstinin radikal HƏMAS hərəkatına qarşı uzunmüddətli əməliyyat keçirə bilməyəcək - Qərbin, xüsusən də ABŞ-ın artan narazılığı səbəbindən yaxın iki-üç həftə ərzində əməliyyatlar başa çatdırılmalıdır".
Redaktor.az xəbər verir ki, bunu “Politico” qəzetinə müsahibəsində İsrailin keçmiş baş naziri və keçmiş müdafiə naziri Ehud Barak deyib.
Barak qeyd edib ki, son vaxtlar Amerika rəsmilərinin ritorikası dəyişib və hərbi əməliyyatlarda humanitar fasiləyə çağırışlar getdikcə daha çox eşidilir.
O hesab edir ki, Təl-Əvivin Vaşinqtonun tələblərini təmin etmək üçün iki-üç həftədən çox vaxtı yoxdur.
Həmidə İBRAHİMLİ