İsrailli nazirin Qəzzaya qarşı nüvə təhdidi qəbuledilməzdir - ABŞ rəsmisi

 11:00 07.11.2023     252

İsrailli nazirin Qəzzaya qarşı nüvə təhdidi qəbuledilməzdir

Redaktor.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel İsrailin irs naziri Amihai Eliyahunun blokadada olan Qəzza zolağına qarşı nüvə bombası təhdidini şərh edərkən deyib.

Tərəflərin nifrət ritorikasından çəkinməsinin vacibliyinə toxunan ABŞ Dövlət Departamentinin nümayəndəsi Qəzza zolağına qarşı nüvə təhdidinin tamamilə yolverilməz olduğunu vurğulayıb.

Qeyd edək ki, İsrailin irs naziri Amihai Eliyahu qatıldığı radio verilişində Qəzzaya qarşı nüvə bombasından istifadənin ehtimallardan biri olduğunu deyib.

Bu açıqlamasından sonra İsrailin baş naziri Benyamin Netanyahu Eliyahunu qeyri-müəyyən müddətə kabinet iclaslarından kənarlaşdırıb.