ABŞ Rusiyaya dəvət GÖNDƏRDİ

 11:30 07.11.2023     265

ABŞ administrasiyası Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) bütün üzvlərinə, o cümlədən Rusiyaya noyabrda San-Fransiskoda (Kaliforniya) keçiriləcək sammitə dəvət göndərib.

Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir ki, bu barədə APEC-də yüksək vəzifəli amerikalı məmur Matt Murrey brifinq zamanı bildirib.

Murray əlavə edib ki, ABŞ “ öz qanun və qaydalarına uyğun olaraq” ev sahibi kimi çıxış etmək niyyətindədir.

“ABŞ qanun və qaydalarına gəldikdə, sanksiyalar da nəzərə alınır”, - Dövlət Departamentinin rəsmisi əlavə edib.

Qeyd edək ki, Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatına Avstraliya, Bruney, Kanada, Çili, Çin, Honq Konq, İndoneziya, Yaponiya, Malayziya, Meksika, Yeni Zelandiya, Papua Yeni Qvineya, Peru, Filippin, Rusiya, Sinqapur, Cənubi Koreya, Tayvan, Tayland, ABŞ və Vyetnam daxildir.

NƏRGİZ