İsrail bu uşaq xəstəxanasına zərbələr endirməyə hazırlaşır - “Əl-Cəzirə”

 13:48 07.11.2023     305

İsrail hərbçiləri Qəzza zolağında "Ər-Rantisi" uşaq xəstəxanasına hücum etməyə hazırlaşır və tibb müəssisəsinin rəhbərliyindən binanı boşaltmağı tələb edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində anklavın Səhiyyə Nazirliyinin adı açıqlanmayan nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bu səbəbdən azı 70 uşağın həyatı təhlükə altındadır.

Qəzza Səhiyyə Nazirliyi beynəlxalq ictimaiyyəti xəstəxanaya hücumun qarşısını almaq üçün mümkün qədər tez müdaxilə etməyə çağırıb.

İsrail ordusu hələlik bu məlumatı təsdiqləməyib.

NƏRGİZ