"Ədalət və atəşkəs çağırışlarına məhəl qoyulmur" - Fələstin

 14:11 07.11.2023     472

Fələstin Administrasiyasının Almaniyadakı nümayəndəsi Lait Ərəfa bildirib ki, Fələstin-İsrail münaqişəsinin gərginləşməsi nəticəsində “4 mini uşaq və 3 mini qadın olmaqla 10 mindən çox fələstinli mülki şəxs” artıq həlak olub.

Redaktor.az bu barədə TASS-a istinadən məlumat verir.

“Ədalət və atəşkəs çağırışlarına məhəl qoyulmaması və yanlış olaraq terrora dəstək kimi səciyyələndirilməsi təəssüf doğurur”, - deyə bəyanatda bildirilir.

Ərəfa qeyd edib ki, “təcavüzün davam etdirilməsinə” dəstək verən hər kəs tarixin yanlış tərəfindədir.

Eyni zamanda o, Almaniyada Fələstinə dəstək nümayişində iştirak edən fəallara təşəkkürünü bildirib.

NƏRGİZ

Vumart və Güvən reklamı Vumart Güvən