İsrail Qəzzanın cənubuna humanitar dəhlizin açıq olduğunu bildirdi
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzanın şimalından cənubuna humanitar dəhlizin mülki şəxslər üçün açıq olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə IDF-nin sözçüsü (ərəbdilli) Aviçay Adraee "X" hesabında bildirib.
O, Qəzzanın şimalından cənubuna uzanan Salah al Din yolunun yerli vaxtla 10:00-14:00 arasında hərəkət etmək üçün təhlükəsiz olacağını deyib.
"HAMAS sizin adınıza davam edən humanitar səyləri sarsıtmağa və sizdən canlı qalxan kimi istifadə etməyə davam etsə də, bu gün IDF bir daha Salah əl Din yolundan keçidə icazə verəcək. Özünüzün və yaxınlarınızın qeydinə qalırsınızsa, göstərişlərimizə uyğun olaraq cənuba doğru gedin", - IDF sözçüsü deyib.