İsrail ordusu Beyt Hanunda HƏMAS-a məxsus tunelləri dağıdıb

 15:35 07.11.2023     325

İsrail əsgərləri Qəzza zolağında HƏMAS hərəkatına mənsub radikalların tunellərini axtarır və onları zərərsizləşdirir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətindən bildirilib.

Qəzzanın şimal-şərq hissəsində yerləşən Beyt Hanun şəhəri ərazisində bir neçə tunel dağıdılıb.

"Əsgərlər HƏMAS-a məxsus tunelləri aşkar etməyə və məhv etməyə davam edir. Ötən gün hərbçilər Beyt Hanun yaxınlığındakı yaşayış massivində yaşayış evinin içərisində bir neçə tunel aşkar ediblər. Qırıcılar tunelləri dağıdıblar", - məlumatda deyilir.

NƏRGİZ