Qəzza qurbanlarının sayı 10,3 mini keçdi - KİV

 16:43 07.11.2023     328

İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 10,3 min nəfərə çatıb.

Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir. 

Agentliyin məlumatına görə, qurbanların sayı hazırda ən azı 10 328 nəfərdir. Bir gün əvvəl Qətərin “Əl-Cəzirə” telekanalı oktyabrın 7-dən anklavda ölənlərin sayının 10 022 nəfərə çatdığını, onların arasında ən azı 4104 uşaq olduğunu iddia edib.

NƏRGİZ