Bolqarıstanda quş qripi epidemiyası qeydə ALINDI
Bolqarıstanda daha bir quş qripi epidemiyası qeydə alınıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, Bolqarıstanın Qida Təhlükəsizliyi Agentliyinin (BAFSA) verdiyi məlumata görə, ölkənin şimal-şərqindəki Dobriç şəhəri yaxınlığındakı fermada virus xəstəliyi aşkar edilib. Təxminən 180 min yumurtlayan toyuq məhv ediləcək.
Yeni infeksiya mənbəyindən 3 km radiusda profilaktik və karantin tədbirləri həyata keçirilir, bütün təsərrüfatlarda baytarlıq nəzarəti gücləndirilib. 10 kilometrlik zonada nəzarət tətbiq edilib. Quşların və onlardan hazırlanmış məhsulların daşınması qadağandır. Bütün əkinçilik quşları məhv ediləcək.
Quş qripi həzm və tənəffüs orqanlarına təsir edən və quşların ölümünə səbəb olan kəskin yoluxucu viral xəstəlikdir. Daşıyıcılar adətən vəhşi fərdlərdir.
Yusif EYVAZLI