İsrail ordusu Qəzzada HƏMAS-a hər saat təzyiqi artırır - Netanyahu
İsrail ordusu mühasirəyə alınmış Qəzzanın dərinliklərində fəaliyyət göstərir və Fələstinin HƏMAS təşkilatından olan radikallara hər saat təzyiqləri artırır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"Qəzza zolağında döyüşlər HƏMAS-ın indiyədək heç vaxt bilmədiyi bir intensivliklə davam edir. Qəzza şəhəri mühasirəyə alınıb, biz onun daxilində əməliyyat aparırıq, HƏMAS-a hər gün, hər saat təzyiqi artırırıq", - o, televiziya ilə çıxışında deyib.
Baş nazir bildirib ki, İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı minlərlə radikalı quruda və yeraltında məhv edib.
"Onların arasında biz bir ay əvvəl (7 oktyabr - red.) Qara Şənbə günü o dəhşətli qırğını törədən bir sıra iri qatilləri məhv etdik. Biz onlarla HƏMAS bazasını, qərargahını, tunelini və təlim düşərgələrini məhv etdik", - o qeyd edib.
“Həmas kəşf edir ki, biz onların heç vaxt çatmayacağımızı düşündükləri yerlərə çatırıq”, - hökumət başçısı da qeyd edib.
Turan İSMAYIL