HƏMAS İsrailin 15 hərbi texnikasının məhv edildiyini açıqladı
Fələstinin HƏMAS hərəkatı son 24 saat ərzində İsrailin 15 hərbi texnikasını tamamilə və ya qismən məhv edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadalarının Telegram kanalında dərc olunan məlumatında deyilir.
Bəyanatın mətninə əsasən, İzzəddin Əl-Qəssam Briqadaları Əl-Şati qaçqın düşərgəsinin kənarında və Qəzza zolağının şimal-şərqindəki Beyt Hanun şəhəri yaxınlığında İsrailə məxsus 15 hərbi texnikanı tamamilə və ya qismən məhv edə bilib.
Bundan əlavə, İzzəddin Əl-Qəssam Briqadaları “İsrail əsgərlərini onlarla minaatan mərmisi ilə vurduqlarını və cəbhənin müxtəlif sahələrində düşmən qüvvələri ilə toqquşduqlarını” iddia edirlər.
T.İSMAYIL