Çində 4,8 bal gücündə zəlzələ BAŞ VERDİ
Çində 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 506 min nəfər əhalisi olan Kaşqar şəhərindən 190 km şimal-şərqdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Bundan əvvəl seysmoloji mərkəz zəlzələnin maqnitudasının 5,3, mənbənin 10 km dərinlikdə olduğunu bildirmişdi.
Yusif EYVAZLI