Ərdoğan bu gün Özbəkistana gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Özbəkistanın paytaxtı Daşkəndə gedəcək.
Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, səfər İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün nəzərdə tutulub.
İki gün keçiriləcək sammitdə ölkələrarası iqtisadi əlaqələrlə yanaşı, İsrail-Fələstin məsələsi, həmçinin Qəzza ərazisinə humanitar yardımın ən qısa zamanda çatdırılması müzakirə olunacaq.
Qeyd edək ki, bu, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı iclasıdır.