Rusiya satdığı silahları geri istəyir - KİV

 10:10 09.11.2023     264

Rusiya Pakistan, Misir, Belarus və Braziliya kimi ölkələrə ixrac etdiyi silahların bir hissəsini geri almağa çalışır.

Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazıb.

"Rusiya il ərzində Pakistan, Belarus və Braziliya rəsmiləri ilə qoşunlarının müharibənin əvvəlində itirdiyi Rusiya hücum və nəqliyyat helikopterləri üçün mühərriklər əldə etmək cəhdi edərək danışıqlar aparıb", – WSJ qeyd edib.