Husilər ABŞ PUA-sını vurdu
Husilərin verdiyi yazılı açıqlamada, Yəmənin hava məkanında “müşahidə və casusluq” fəaliyyəti həyata keçirdiyi təsbit edilən ABŞ-a məxsus MQ9 tipli silahlı pilotsuz uçuş aparatının vurulduğu qeyd edilib.
Redaktor.az xəbər verir ki, açıqlamada “ABŞ-ın bu hərəkətləri Fələstin xalqına dəstək məqsədilə İsrail varlığına qarşı hərbi əməliyyatların davam etdirilməsinə mane ola bilməz” ifadələri yer alıb.
Keçmişdə ABŞ pilotsuz təyyarələri husilər tərəfindən vurulsa da, bu hadisə bölgədə xüsusilə gərgin bir vaxta təsadüf edir. Vaşinqton, İsrail-HƏMAS müharibəsi zamanı regional gərginliyin artdığı bir vaxtda İranın dəstəklədiyi qrupların fəallığı artıb.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi "General Atomics" şirkətinin istehsalı olan pilotsuz təyyarənin Yəmən sahillərində vurulduğunu bildirib.
ABŞ-ın yüksək rütbəli rəsmisi bildirib ki, ordu hələ də epizodu, o cümlədən pilotsuz təyyarənin beynəlxalq hava məkanında və ya Yəmən üzərində olub-olmamasını təhlil edir. İkinci ABŞ rəsmisi deyib ki, "MQ9 Reaper" vurulan zaman beynəlxalq suların üzərində olub. İki məmur hələlik açıqlanmayan detalları müzakirə etmək üçün anonimlik şərti ilə danışıblar.(Publika)