Paşinyan və həyat yoldaşı Parisə getdi

 13:55 09.11.2023     396

Ermənistan Baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan Fransaya işgüzar səfərə gediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Paşinyanın bu gün Fransa Prezidenti Emmanuel Makronla görüşü gözlənilir.

O, sabah Parisdə təşkil olunan 6-cı Sülh Konfransına qoşulacaq.

Vumart və Güvən reklamı Vumart Güvən