Tokayevlə Putin GÖRÜŞDÜ

 14:23 09.11.2023     315

Rusiya Prezidenti Vladimir Putin Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar aparıb.

Redaktor.az xəbər verir ki, dövlət başçılarının əvvəl məhdud tərkibdə görüşü olub.

Danışıqlar zamanı ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələləri, Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətin perspektivləri, o cümlədən aktual regional və beynəlxalq problemlər müzakirə olunub.

Daha sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçiriləcək.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin noybrın 9-da Qazaxıstana yola düşüb.