Türkiyədə güclü ZƏLZƏLƏ

 14:56 09.11.2023     333

Türkiyə və Suriya sərhədində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa Seysmoloji Mərkəzinin rəsmi saytı məlumat yayıb.

Alimlərin məlumatına görə, yeraltı təkanların episentri Türkiyənin 159 min əhalisi olan İsgəndərun şəhərindən 21 km şərqdə qeydə alınıb. Ocağın dərinliyi 9 km-dir.

Hazırda tələfat və dağıntılar barədə məlumat verilmir.