Ərdoğan Rəisi ilə GÖRÜŞDÜ

 15:47 09.11.2023     370

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 9-da Daşkənddə iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb.

Redaktor.az bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə liderlər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, hər iki ölkənin dövlət başçısı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısına qatılıb.