Ramzan Kadırovun 3 oğluna orden verildi

 17:55 09.11.2023     301

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğulları - Axmat, Eli və Adam region parlamentinin ali "Vətən şərəfi” ordeni ilə təltif ediliblər.

Redaktor.az xəbər verir ki, bu barədə respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev bildirib.

Bu orden iqtisadiyyatın, elmin, mədəniyyətin, incəsənətin, mənəvi-əxlaqi tərbiyənin, təhsilin, səhiyyənin, ətraf mühitin mühafizəsinin, xeyriyyəçilik və digər ictimai fəaliyyətlərin inkişafında yüksək nailiyyətlərə görə Çeçenistan parlamenti tərəfindən vətəndaşların həvəsləndirilməsinin ən yüksək formasıdır.

“Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Axmat Kadırovun nəvələri Axmat, Eli və Adam bu ordenlə təltif olundular! Mükafatları Çeçenistan parlamentinin sədri Maqomed Daudov təqdim edib”, - deyə Dudayev Telegram kanalında bildirib.

O, Axmat, Eli və Adamı “gənc nəsil üçün nümunə” adlandırıb. Nazirin sözlərinə görə, onlar çeçen xalqının əsl fəxridir və hər bir hərəkətində vətənlərinin mənafeyinə xidmət etməyə çalışırlar.

“Onları hamı cəsur gənclər kimi tanıyır”, - Dudayev əlavə edib.