İsrail ordusu Qəzzada HƏMAS-ın onlarla döyüşçüsünü məhv etdiyini açıqladı

 20:53 09.11.2023     282

İsrail ordusu Qəzzada HƏMAS-ın onlarla döyüşçüsünü məhv etdiyini açıqlayıb.

Redaktor.az bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən xəbər verir.

Əməliyyat Qəzza zolağında Əl-Şifa xəstəxanası yaxınlığındakı hərbi məhəllədə keçirilib. 162-ci diviziyanın piyada, tank bölmələri və mühəndis qoşunları İsrail Hərbi Hava Qüvvələrinin dəstəyi və xüsusi təyinatlıların köməyi ilə 50-dən çox terrorçunu məhv edib.

Qeyd edilir ki, əməliyyatın aparıldığı hərbi məhəllə HƏMAS hərəkatının strateji obyektlərindən, o cümlədən kəşfiyyat xidmətlərinin qərargahlarından ibarətdir (report).