İsrail ordusu Suriya ərazisinə zərbələr endirdi

 10:08 10.11.2023     284

İsrailin Müdafiə ordusu Suriya ərazisinə zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı ordunun Mətbuat xidməti yayıb. 

Bildirilir ki, buna səbəb Suriya ərazisindən İsrailin Eylat şəhəri istiqamətində pilotsuz uçuş aparatı ilə hücum edilməsi olub.

Sözügedən PUA-nın Eylatda məktəbə düşdüyü bildirilir. Dağıntı və tələfat barədə məlumat verilməyib.