İtaliya prezidenti Özbəkistandadır

 12:43 10.11.2023     271

İtaliya prezidenti Sercio Mattarella Özbəkistana rəsmi səfərinə başlayıb.

Redaktor.az "Kun.uz"a istinadən xəbər verir ki, Mattarella və qızı Laura Mattarella Özbəkistanın Baş naziri Abdulla Aripovun müşayiəti ilə “Yeni Özbəkistan” parkına gələrək, Müstəqillik abidəsinin önünə gül dəstələri qoyublar.

Yüksək səviyyəli qonaqlar kompleksin memarlıq həlləri, mahiyyəti və kompozisiyasının xüsusiyyətləri ilə tanış olublar.

Mattarella Daşkənddə Şavkat Mirziyoyevlə görüşəcək, həmçinin Turin Politexnik Universitetində olacaq.