Qəzza zolağında ölən İsrail hərbçilərinin sayı 37-yə çatdı

 14:39 10.11.2023     309

İsrailin Qəzza zolağında quru əməliyyatı zamanı həlak olan İsrail əsgərlərinin sayı 37-yə çatıb.

Redaktor.az "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, noyabrın 8-də Qəzza zolağının mərkəzində döyüşlər zamanı ağır yaralanan baş çavuş rütbəli 21 yaşlı Yehonatan Yitzhak Semo bu gün həyatını itirib.