İrəvan Avropa ilə təhlükəsizlik əməkdaşlığına ümid edir - Qriqoryan
"İrəvan həm kollektiv Avropa, həm də ayrı-ayrı ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə ümid edir".
Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə keçirilən Ermənistan-Avropa konfransında qeyd edib.
O deyib ki, son dövrlərdə "intensiv dialoq inkişaf edib".
"Fransa ilə hərbi sahədə əməkdaşlıqda irəliləyiş var", - Qriqoryan bildirib.