Yaponiya Rusiya və Çinin hava patrullarından narahatdır

 09:15 11.11.2023     311

Yaponiyanın baş naziri Fumio Kisida Rusiya Federasiyası və Çinin Yaponiya dənizi üzərində həyata keçirdiyi hava patrullarından narahatlığını bildirib.

Bu barədə Redaktor.az “Kyodo” agentliyinə istinadən xəbər verir.

Özünümüdafiə Qüvvələrinin üzvləri qarşısında çıxış edən Nazirlər Kabinetinin rəhbəri, həmçinin vurğulayıb ki, Yaponiya potensial düşmənin hədəflərinə əks-hücumlar həyata keçirmək üçün zəruri olan uzaqmənzilli raketlərin hazırlanmasını gücləndirib.

İyun ayında Rusiya Aerokosmik Qüvvələri və Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri 2019-cu ildən bəri Yaponiya dənizi və Şərqi Çin dənizi, eləcə də Qərbi Sakit Okean suları üzərində altıncı birgə hava patrulunu həyata keçirib.