Tacikistan silkələndi

 10:07 11.11.2023     309

Düşənbə yaxınlığında 4,3 maqnitudalı zəlzələ baş verib.

Redaktor.az-ın TASS-a istinadən verdiyi məlumata görə, yeraltı təkanlar şəhərin mərkəzində hiss olunub.

Mərkəzi Asiyada baş verən zəlzələlərin monitorinqini aparan Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzinin məlumatına görə, yeraltı təkanların gücü 4,3 bal olub.

"Saat 06:24-də Tacikistanda zəlzələ baş verib. Zəlzələnin koordinatları: 38,42 dərəcə şimal eni, 68,96 dərəcə şərq uzunluğu. Maqnitudası M = 4,3, dərinliyi - 153 km", - məlumatda deyilir.

Zəlzələnin episentrinin yaxınlığında Bəlxi qəsəbəsi yerləşir. Tələfat və dağıntılar barədə məlumat yoxdur.