Rusiyada 19 yük vaqonu relsdən çıxdı

 11:29 11.11.2023     338

Rusiyanın Ryazan vilayətində kənar şəxslərin müdaxiləsi nəticəsində 19 yük vaqonu relsdən çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə Moskva Dəmir Yollarının mətbuat xidməti məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi bildirib ki, hadisə nəticəsində qatarların sürücüsü və onun köməkçisi xəsarət alıb.