İsrail ordusu Qəzzada HƏMAS-ın 11 hərbi mövqeyini ələ keçirdi

 12:09 11.11.2023     408

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 11 möhkəmləndirilmiş hərbi mövqeyini ələ keçirib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, İsrail ordusunun bölmələri Qəzza zolağında hərbi əməliyyatları davam etdirir.