Kiyevə “İsgəndər” raketi atıldı

 12:55 11.11.2023     584

Bu gün Rusiya tərəfindən Ukraynanın paytaxtı Kiyevə “İsgəndər” ballistik raketi atılıb.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, 52 günlük fasilədən sonra bu gün səhər saat 08:00 radələrində yenidən Kiyevə raket hücumları olub.

Məlumata görə, raket şəhərə yaxınlaşarkən hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.

Vumart və Güvən reklamı Vumart Güvən