ABŞ-ın İraqdakı hərbi bazasına hücum oldu

 15:51 11.11.2023     280

ABŞ-ın İraqdakı Hərir hərbi bazasına hücum olub.

Redaktor.az “Röyters”in yaydığı məlumata istinadən xəbər verir ki, baza pilotsuz uçuş aparatları ilə (PUA) vurulub.

Hücumun nəticələri hələ ki, məlum deyil.

Qeyd edək ki, əvvəllər də bir neçə dəfə ABŞ-ın İraqdakı bazalarına hücum olub.