Qüds bizim qırmızı xəttimizdir - Ərdoğan
“Qəzzada atəşkəs elan edilməli və humanitar yardımların çatdırılması təmin olunmalıdır”.
Redaktor.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Səudiyyə Ərəbistanında keçirilən 8-ci növbədənkənar Zirvə Toplantısındakı çıxışında deyib.
O bildirib ki, indi əsas işlərimizdən biri də Fələstin üçün fondun yaradılmasıdır:
“Biz bərqərar olacaq sülhün qorunması üçün təminat da daxil olmaqla, səy göstərməyə hazırıq. İlk qibləmiz olan “Məscidül-Əqsa”nın yerləşdiyi Hərəmi-Şərifin müqəddəsliyinin pozulmasına da ayıq-sayıq olmalıyıq. Qüds bizim qırmızı xəttimizdir. Arzumuz budur ki, Qüds əvvəlki günlərinə qayıtsın”.